AZ

II Liqa: Paytaxt klublarının şəksiz üstünlüyü

Futbol üzrə Azərbaycan I Liqasında II turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, "Difai" Ağsu şəhər stadionunda "Səbail"i qəbul edib. Qarşılaşma Bayıl təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər görüşündə "Zaqatala" öz meydançasında "Şəfa"ya 0:4 hesabı ilə məğlub olub. "Baku Sportinq" isə "Şahdağ Qusar"la səfər oyunundan qələbə ilə ayrılıb - 3:2.

Turun dünən keçirilmiş oyununda "Cəbrayıl" "Mingəçevir"ə 1:3 hesabı ilə uduzub.

"Səbail" və "Şəfa" 2 turdan sonra hərəyə 6 xal toplayıblar.

İdman.biz

Seçilən
19
idman.biz

1Mənbələr