AZ

Maks Verstappen yeni rəhbərindən razıdır

Dördqat Formula 1 çempionu Maks Verstappen “Red Bull” komandasında yeni baş menecer Loran Mekis ilə işləməkdən məmnunluğunu ifadə edib.

90deqiqe.Az xəbər verir ki, "Racingnews365" niderlandlı pioltçunun dediklərini belə çatdırıb.

“Hazırkı əməkdaşlıq çox xoşdur. Lakin beş-altı həftə ərzində komandada dərhal böyük dəyişiklik etmək mümkün deyil. Vacib olan odur ki, Loran müxtəlif komandalarla çalışaraq kollektivlərin necə işlədiyini yaxşı anlayır. Nəticədə biz analiz edəcəyik ki, harada daha yaxşı ola bilərik, güclü tərəflərimiz hansılardır və komanda işini necə təkmilləşdirə bilərik.”

“Mənə Loranın texniki məsələlərə yanaşması da xoş gəlir — həm həftəsonu, həm də bazaya qayıtdıqdan sonra aparılan səmərəli iclaslar yaxşı işləyir. Maşın bu il üçün tam hazırdır, amma növbəti il və sonrakı illərdə onun təsiri daha böyük ola bilər.”

Seçilən
0
90deqiqe.az

1Mənbələr