AZ

“Azərbaycan qoşunlarının Zəngəzurdan keçməsi üçün...” - Paşinyan

“Dəfələrlə demişəm ki, təfərrüatlarla bağlı razılaşmamız yoxdur”.

Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinq zamanı Azərbaycanın Zəngəzur dəhlizi ilə Naxçıvana silah-sursat daşıya biləcəyi ilə bağlı suala cavabında deyib.

O bildirib ki, hər şey qarşılıqlı razılaşmalar əsasında tənzminlənəcək:

“Özümüzə sual verməliyik: biz silahlarımızın, qoşunlarımızın Naxçıvandan keçməsini istəyirikmi? Silahları Naxçıvan ərazisindən Mehriyə və əksinə daşımaq istədiyimizə qərar verəndə belə bir mövzuda danışıqlara başlayacağıq. Əgər biz dəmir yolu ilə Naxçıvan ərazisindən Sünikə silah daşımaq və geri qaytarmaq istəmədiyimizi qərara alsaq, müvafiq qətnamə qəbul edəcəyik”.

Seçilən
0
3
turkustan.az

6Mənbələr