Rusiyanın Voronej vilayətinin Ostroqojsk rayonundakı "Şimal Arenası" İdman Kompleksində 13 yaşlı məktəbli sambo məşqindən sonra ölüb.
Sportnet.az-ın məlumatına görə, bu barədə yerli Səhiyyə Nazirliyindən açıqlama verilib.
Qeyd olunub ki, idmançı məşq vaxtı özünü pis hiss edib. Həmin vaxt o, fiziki yükləmədə olmayıb. pizza sifarişi
Məktəblinin sambo məşğələlərinə tibbi buraxılış icazəsi olub və iki ildir bu bölmədə məşqlər keçib.
Təcili tibbi yardım maşını ilə onu huşu özündə olduğu və danışdığı vaxt xəstəxanaya çatdırsalar da, özü nəfəs çatışmazlığı və qıcolma səbəbindən ağır vəziyyətdə olub. Sonradan xəstənin ürəyi dayanıb.
Ölən idmançının şəxsiyyəti açıqlanmayıb.
Telegram kanalımız