AZ

“Benfika"nın baş məşqçisi olmaq böyük qürurdur”

“Benfika”nın yeni baş məşqçisi Joze Mourinyo Lissabon klubuna təyinatı ilə bağlı təəssüratlarını bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis təqdimat mərasimində bunları deyib:

“Çox həyəcanlıyam, amma təcrübəm emosiyalarımı idarə etməyə kömək edir. Mənə göstərilən etimada görə təşəkkür edirəm. Qürur hissi keçirirəm. Heç bir portuqaliyalı bu klubun tarixini və ənənələrini bilmədən yaşamır. Mən dünyanın ən böyük klublarından birinin baş məşqçisiyəm və bu, mənim üçün çox maraqlı bir missiyadır.

“Benfika”ya son dəfə 25 il əvvəl gəlmişdim. Lakin buraya sadəcə karyeramın 25 illiyini qeyd etmək üçün qayıtmamışam. Mən çalışdığım bütün böyük klublarda şərəf, məsuliyyət və motivasiya hiss etmişəm, amma heç birində bu qədər güclü olmayıb. Mən sözlərdə deyil, əməldə bunu sübut edəcəyəm. Qarşıda 48 saatdan sonra oyunumuz var və bu an üçün ən vacib məsələ odur.”

Qeyd edək ki, Mourinyo ilə “Benfika” arasında müqavilə 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Seçilən
7
90deqiqe.az

1Mənbələr