Avropa İttifaqı Macarıstanın potensial vetosundan yayınmaq üçün Ukraynaya dondurulmuş Rusiya aktivləri ilə yeni kredit verməyi nəzərdən keçirir.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir.
Avropa Komissiyasının planına görə, Kiyev vəsaiti yalnız Rusiyadan təzminat aldıqdan sonra, aktivlərə həbs qoyulmadan qaytaracaq.
Mənbə bildirib ki, ayrı-ayrı ölkələrin vetolarından yayınmaq, çox güman ki, hökumətlərarası razılaşmanı tələb edəcək.
QAZİLER.AZ