AZ

BMT nin İrana qarşı sanksiyaları ay sonuna qədər yenidən tətbiq olunacaq

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT-nin İrana qarşı sanksiyaları ayın sonuna qədər yenidən tətbiq olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Channel 12” televiziyasına müsahibəsində Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

O bildirib ki, sanksiyaların yenidən tətbiq olunmasına səbəb rəsmi Tehranın Avropa dövlətləri ilə aparılan danışıqlarda ciddi davranmamasıdır.

Makrona “snapback” (tətbiq edilən sanksiyalara qayıdış) adlanan mexanizmin işə düşüb-düşməyəcəyi sual verildikdə, o cavab verib: “Bəli. Elə düşünürəm, çünki iranlılardan gələn son xəbərlər ciddi deyil”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
6
icma.az

7Mənbələr