AZ

“Benfika” mənim səviyyəmə qayıdışdır” – Mourinyo

Xəbər verdiyimiz kimi, “Benfika” Joze Mourinyonu baş məşqçi postuna təyin edib. Lissabon təmsilçisi 62 yaşlı mütəxəssislə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Tribunainfo.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında bunları deyib:

“Mən “Fənərbağça”nı çalışdırmaqla səhv etdim. “Benfika” isə mənim səviyyəmə qayıdışdır, çünki mənim səviyyəm dünyanın ən böyük klublarını çalışdırmaqdır”.

Qeyd edək ki, Mourinyo bu postda ötən gün istefaya göndərilən Brunu Lageni əvəzləyib. Lage Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a 2:3 hesablı məğlubiyyətdən sonra işindən qovulub.

Seçilən
4
6
tribunainfo.az

8Mənbələr