Elektron sistem vasitəsilə övladlarını I sinfə qeydiyyatdan keçiriblər. Uşağı dərsə gətirdikdə isə həmin sinfin ləğv olunduğunu görüblər.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu Bülbülə qəsəbə sakinlərinin başına gəlib.
226 saylı məktəbin 1-c sinifində təhsil alacaq şagirdlərin valideynlərinin iddialarına görə, ilk dərs günü biliblər ki, onların övladlarının qeydiyyatdan keçdikləri sinif bağlanıb, şagirdlər məktəbin digər siniflərinə yönləndirilib.
Valideynlər övladlarının hazırlıq qurupunda Sevinc Əliyevanın sinfində oxuduğundan, birinci sinif üçün qeydiyyatdan keçəndə məhz həmin müəlliməni seçdiklərini deyirlər.
Məsələ ilə bağlı 226 saylı məktəbdən "Xəzər Xəbər"ə bildirildi ki, 1B sinfində şagird sayı digərinə nisbətən az olsa da, müəllimin sertifikasiya imtahanında topladığı bal daha yüksəkdir. Bu səbəbdən də 1C sinfi bağlanıb və şagirdləri digər siniflərə yerləşdirilib. Valideynlər məktəbə dəvət olunub, müvafiq söhbət aparılıb və onlara məsələnin mahiyyəti izah edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.