AZ

ChatGPT şəxsiyyət vəsiqəsi və yaş senzi tələb edəcək



Bundan sonra ChatGPT-dən istifadə zamanı şəxsiyyət vəsiqəsi və yaş senzi tələb edilə bilər.

Newscenter.az xarici mediaya istinadən bildirir ki, OpenAI CEO-su Sam Altman belə bir ehtimalla çıxış edib. O, yetkin istifadəçilərin də platformanın təhlükəsizliyi üçün şəxsiyyət və yaş yoxlamasına məruz qalacağını açıqlayıb.

Altman, şirkətin təhlükəsizliyi artırmaq üçün yeni addımlar atacağını və bəzi ölkələrdə böyüklərdən də şəxsiyyət tələb oluna biləcəyini ifadə edib. Altman, "Bilirik ki, bu, böyüklər üçün məxfilik mübadiləsidir, lakin bunun dəyərli bir mübadilə olduğuna inanırıq",-deyə vurğulayıb.

Altman vurğulayıb ki, 13-18 yaşlı istifadəçilər yalnız ChatGPT-nin məhdud versiyasına çıxış əldə edə biləcəklər.

Mehman Mehdiyev
Seçilən
11
1
newscenter.az

2Mənbələr