AZ

Azərbaycan millisi Moldovaya qalib gəldi

Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununa çıxıb. Metbuat.az xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

CPSM stadionunda təşkil olunan görüşdə millimiz 2:0 hesablı qələbə qazanıb. Komandamızın heyətində hər iki qolu Xanım Əsədova (27, 53) vurub. Qeyd edək ki, bu komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyununda da millimiz 2:0 hesablı qələbə qazanıb.

Seçilən
40
12
metbuat.az

10Mənbələr