AZ

Fransa ÇALXALANIR

Fransada kütləvi nümayişlər zamanı 180-dən çox şəx saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə BFMTV ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

“31-i Parisdə olmaqla yüz səksən bir nəfər saxlanılıb”, – telekanala bildirilib.

BFMTV-nin məlumatına görə, azı 11 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. 10-a yaxın etirazçı və bir jurnalist də yaralanıb.

Xatırladaq ki, Fransada genişmiqyaslı etirazlar “Hər şeyi bağla” şüarı altında keçirilir. Onlar hökumətin təklif etdiyi qənaət tədbirlərindən əhalinin narazılığı fonunda baş verir.

Seçilən
19
publika.az

1Mənbələr