Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu gün tarixi həqiqətləri danan və onlara xəyanət edən siyasi cuvəllağılar çoxdur.Onlar siyasi müstəvidə tarixi faktları, hadisələri, soyqırımları, müharibə nəticələrini, dövlətlərarası razılaşmaları şüurlu şəkildə inkar edən şüursuzlar və hər şeyi təhrif edən cuvəllağı siyasətçilərdir. Onların siyasi məqsədləri şəxsi maraqlardan ibarətdir. Həqiqətləri danmaq və təhrif manipulyasiyası vasitəsilə özlərini beynəlxalq sərgidə satışa çıxaran bu şəxslər, dövlətin ideoloji və milli maraqlarına zidd fəaliyyət göstərirlər. Onlar dövlətin yaratdığı imkanlardan istifadə edib, əksinə, həmin dövlətin əleyhinə çıxırlar.Belə siyasətçilər məsuliyyətdən yayınmaq üçün öz şəxsi maraqlarından başqa heç nəyi düşünmürlər. Eyni zamanda onlar dövlətin bütün maraqlarını şəxsi mənafeləri naminə satanlar, tarixi inkarçılığı isə özlərinə məşğuliyyətə çevirib küləkliyənlərdir. Bu tip siyasətçilər tarixi inkarçılar və ya saxtakar siyasətçilər adlanırlar. Biz dövlət olaraq bu siyasi saxtakarları dəfələrlə görmüşük. Bunun ən bariz nümunəsi Ermənistanın bizim torpaqları özününküləşdirməyə çalışması, Xocalı soyqırımını inkar etməsi, Holokostu və İkinci Dünya müharibəsinin nəticələrini danması, həmçinin soyqırım cinayətlərini təsdiq etməməsidir. Bu inkarçı dövlətlər Rusiya, Ermənistan, Fransa və digər ölkələr öz siyasi mədəniyyətsizliyi ilə, sadaladığım məsələlərdə ayrı-ayrılıqda məsuliyyət daşıyan ölkələrdir və biz bunu dəqiq bilirik. Düzdür, zamanında müxtəlif mövqelərdə inkarçılıq və saxtakar siyasi anlayış nümayiş etdirərək, beynəlxalq arenada cinayətkar mövqeləri ilə seçilən ölkələri də biz tanıyırıq.Biz bunu siyasi reallıq kimi qəbul etməyə bəzi səviyyələrdə nail olmuşuq, başa düşmüşük və anlayırıq. Lakin daxildə inkarçı siyasət aparmaqla bu ölkələrin ideologiyasına və siyasi xəttinə paralel dəstək verən, həm bu ölkədə yaşayan, həm də yaşamayan milli satqınlar isə heç bir fərq yaratmırlar. Qətiyyən onlardan fərqlənmirlər.Bu siyasətçilər, saxtakar ruhla, bu gün qazandığımız uğurlara dəstək vermək əvəzinə kölgə salmağa çalışanlar sabit prinsipləri olmayan sabitsizlər, prinsipsizlik xəstəliyindən əziyyət çəkənlərdir. Onlar ikiüzlülük və dəyərsizlikdən qidalanır, etibarsızlıq vəsiqəsini ömürlük almış kimi davranırlar. Yalnız yellənən siyasi kursu tutanlar, mövqesizlik nümayiş etdirənlər, əslində siyasi cuvvəllağılardır.Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.