AZ

“Qalatasaray” Almaniya divarını aşa bilmir -Son 24 ildəki nəticələr

Türkiyə nəhəngi "Qalatasaray" bu gün Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində "Ayntraxt Frankfurt"la qarşılaşacaq.

Fanat.Az xəbər verir ki, “sarı-qırmızılar” son 24 ildə Almaniya təmsilçilərinə qarşı 13 dəfə rəsmi oyuna çıxıb. Bu görüşlərdə İstanbul klubu yalnız 2 qələbə qazanıb, 4 dəfə heç-heçə edib və 7 dəfə məğlub olub.

Matçların nəticələri:

  • 2023/24 ÇL: “Bavariya” – “Qalatasaray” 2:1
  • 2023/24 ÇL: “Qalatasaray” – “Bavariya” 1:3
  • 2018/19 ÇL: “Şalke” – “Qalatasaray” 2:0
  • 2018/19 ÇL: “Qalatasaray” – “Şalke” 0:0
  • 2014/15 ÇL: “Borussiya Dortmund” – “Qalatasaray” 4:1
  • 2014/15 ÇL: “Qalatasaray” – “Borussiya Dortmund” 0:4
  • 2012/13 ÇL: “Şalke” – “Qalatasaray” 2:3 
  • 2012/13 ÇL: “Qalatasaray” – “Şalke” 1:1
  • 2008/09 UEFA Kuboku: “Qalatasaray” – “Hamburq” 2:3
  • 2008/09 UEFA Kuboku: “Hamburq” – “Qalatasaray” 1:1
  • 2008/09 UEFA Kuboku: “Herta” – “Qalatasaray” 1:0
  • 2007/08 UEFA Kuboku: “Qalatasaray” – “Bayer Leverkuzen” 5:1 
  • 2007/08 UEFA Kuboku: “Bayer Leverkuzen” – “Qalatasaray” 0:0
  • 1999/00 UEFA Kuboku: “Borussiya Dortmund” – “Qalatasaray” 0:2
  • 1999/00 UEFA Kuboku: “Qalatasaray” – “Borussiya Dortmund” 0:0

Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Kamil Xudiyev

Seçilən
15
1
fanat.az

2Mənbələr