AZ

Mourinyo: "Dünyanın ən böyük klublarından birinin məşqçisiyəm"

"Benfika"nın yeni baş məşqçisi Joze Mourinyo Lissabon klubuna təyinatını şərh edib.

İdman.biz bildirir ki, mütəxəssis klubla iki illik müqavilə imzalayıb.

"Mənim çoxlu duyğularım var, amma təcrübə onları idarə etməyə kömək edir. Etimad göstərdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm. Mən qürur hissi keçirirəm.

Bu klubun tarixini və adət-ənənələrini bilməyən bir portuqal yoxdur. Dünyanın ən böyük klublarından birinin məşqçisiyəm. Diqqətimi maraqlı hesab etdiyim bu missiyaya yönəltmək istəyirəm.

“Benfika”da işləməyimdən 25 il keçir. Ancaq mən bura karyeramın 25 illiyini qeyd etməyə gəlməmişəm. Demək istəyirəm ki, çalışdırdığım böyük klubların heç biri mənə "Benfika" qədər şərəf, məsuliyyət və motivasiya verməyib. Yersiz sözlər verməyəcəyəm. Mən bu missiya ilə yaşayacağam. 48 saat sonra bizim oyunumuz var və hazırda bundan vacib heç nə yoxdur”, - Mourinyo mətbuat konfransında deyib.

İdman.biz

Seçilən
12
1
idman.biz

2Mənbələr