AZ

Azər Məmmədov: "Qarabağ"ın yarımmüdafiəçilərinin oyunu məni heyran etdi"

“Qarabağ”ın sabiq kapitanı Azər Məmmədov Apasport.az saytına müsahibə verib.

- "Qarabağ" "Benfika" ilə matçda sensasiya edərək, qələbə qazandı. Oyundan öncə heç qələbə gözləyərdiniz? Ən yaxşı halda, gözləntiniz nə idi?

- "Benfika"nın adının özünün də bizimlə hallanması tarixdir. Onların adı gələndə, xüsusilə də səfər oyunu olanda, düşünə bilmirdim ki ,"Qarabağ" orada qalib gələr. Hər halda, favorit "Benfika" idi. Sadəcə "Qarabağ" sübut etdi ki, futbol bərabərləşir. Hər bir rəqiblə səfərdə də, evdə də oynamaq olar. "Qarabağ"ın qalibiyyətinə çox sevindim. Amma düzü, gözləntim bu deyildi.

- "Qarabağ"ın 0:2-dən sonra rəqibinə 3:2 qalib gəlməsini necə şərh edərdiniz? Sizcə, "Qarabağ" bunu nəyin sayəsində edə bildi?

- Oyun "Qarabağ" üçün heç də uğurlu başlamadı. Hesab 2:0 olanda da "Benfika" daha istəkli idi. Oyunun gedişatının dəyişməsinin səbəbi var. O da ki, "Qarabağ" oyun intizamını qoruyub-saxladı. Futbolçular ruhdan düşmədi, hesaba baxmayaraq, öz oyunlarını oynadılar. Üstəlik, Leandro Andradenin vurduğu qoldan sonra komanda özünə daha çox inandı. "Qarabağ" öz oyunundan əl çəkmir. Əzmkarlıq da göstərirlər. Bunun da sonunda "Qarabağ" qalib gəldi.

- "Qarabağ" kollektiv olaraq yaxşı mübarizə apardı. Ümumiyyətlə, sizcə "Qarabağ"ın həlledici oyunçusu kim oldu "Benfika" ilə görüşdə?

- Hansısa futbolçunun adını xüsusi çəkmək istəməzdim. Ümumilikdə bütün futbolçuların əzmkarlığı məni çox sevindirdi. Ad yox, amma bir mövqeni xüsusi vurğulamaq istəyərdim. Bu oyunun qələbə kimi bitməsində əsas fiqurları orta sahədə oynayanlar oldu. Onlar daha çox işlədi. Açığı deyim, "Qarabağ"ın dayaq yarımmüdafiəçilərinin oyunu məni heyran etdi.

- "Qarabağ" hücumçu almadığı üçün çox tənqid edilirdi, amma vinger olan Kamilo Durandan hücumçu ərsəyə gətirdilər. Səncə, belə də normaldır?

- Razıyam, "Qarabağ"a sırf hücum mövqeyində çıxış edən forvard lazımdır. Düzdür, orada Nəriman Axundzadə və Musa Qurbanlı da var. Sadəcə Juninyo stilində sırf hücumçu kimi oynayan oyunçu lazımdır. Amma düzü. Kamilo Duranın o mövqedə oynamasını və necə gözəl açılmalarını gördüm. Duran heç də sırf hücumçudan geri qalmadı. İrəliyə doğru əla açılırdı. Elə qollardan birini də belə vurdu. Duran hücum və müdafiə planında heç də pis çıxış etmədi. Yəqin ki, hücumçu transferini düşünərlər. Zaman göstərər.

- "Qarabağ"ın növbəti görüşlərdə də qələbəyə davam edə biləcəyini ehtimal dirsən? Növbəti görüş "Kopenhagen"lə Bakıdadır..

- "Qarabağ"ın avrokuboklarda iştirakına o qədər öyrəşmişik ki...8 ildən sonra ÇL-in əsas mərhələsinə yenidən düşməyin özü Azərbaycan futbolu üçün böyük nəticədir. Bu nəticənin ardı olaraq, gecə "Benfika" üzərində qələbə ÇL-in əsas mərhələsinə düşməyini daha da gözəlləşdirdi. "Qarabağ" hər bir klubla oynayacaq gücə qadirdir. Ancaq unutmayaq ki, digər klublar da qələbə qazanmaq istəyəcək. Fikrimcə, "Qarabağ"ın "Benfika" ilə matçda qələbəsi komandanın özü üçn çox önəmlidir. Qalan yeddi oyunda uğurlu çıxış etməkdən ötrü ilk addım idi. Məncə, "Qarabağ" növbəti matçlarda da uğurlu çıxış edəcək və qələbələrin ardı gələcək.

“Sumqayıt”dan transfer bombası: RAZILIQ ƏLDƏ OLUNDU

Millimiz iki pillə gerilədi

AFFA yenə “Neftçi”ni cərimələdi: Bu dəfə 8 min manat

“İmişli”nin taleyi bəlli oldu: RƏSMİ QƏRAR

Birinci Liqa: II tura start verilib

Seçilən
20
1
apasport.az

2Mənbələr