AZ

Dünya Alpaqut Federasiyasının rəhbərliyi istefa verdi

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.

Azreform.info xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

Qeyd olunub ki, Federasiyanın prezidenti Jalə Əhmədova, 1-ci vitse-prezidenti Könül Nurullayeva, vitse-prezidenti Anar Qurbanov, İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuzə İskəndərova, eləcə də katibliyin rəhbəri Tünzalə Əzimova istefa verdiklərini açıqlayıblar.

Bundan başqa, DAF-ın Azərbaycan nümayəndəliyi də (prezident Fuad Quliyev, 1-ci vitse-prezident Mehman Səfərov, vitse-prezident Davud Davudov, Könüllülərlə iş departamentinin rəhbəri Jalə Məmmədova) istefa qərarı verib.

İstefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqları göstərilib.

Seçilən
17
23
azreform.info

10Mənbələr