AZ

Fransa Ukraynaya 8,6 milyard avro xərcləyib

Fransa 24 fevral 2022-ci ildən 2024-cü il dekabrın 31-dək Kiyevə yardım üçün 8,6 milyard avro xərcləyib.

Operativ Media xəbər verir ki, bu barədə “Les Echos” qəzeti məlumat yayıb.

Məlumata görə, xüsusilə, hərbi yardım (silahların ötürülməsi, təchizatı və döyüş hazırlığı vəziyyətində saxlanması, Ukrayna əsgərlərinin təlimi) Fransaya 5,9 milyard avroya başa gəlib.

Nəşr xatırladıb ki, Fransanın Ukraynaya verdiyi silahlar arasında “Sezar” özüyeriyən artilleriya qurğuları, “Miraj 2000” qırıcıları, “Crotale” raket sistemləri və SCALP raketləri var.

Seçilən
7
1
operativmedia.az

2Mənbələr