AZ

Tramp Netanyahu haqqında nalayiq ifadə işlədib 

ABŞ prezidenti İsrailin HƏMAS liderlərinə qarşı hücumuna sərt reaksiya verərək nalayiq ifadələr işlədib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin son hərbi əməliyyatına münasibət bildirərkən İsrailin baş naziri Benyamin Netanyahunu açıq şəkildə təhqir edib. Trampın sözlərinə görə, İsrailin HƏMAS-ın yüksək rütbəli komandirlərinə qarşı həyata keçirdiyi hücum Vaşinqtonla əvvəlcədən müzakirə olunmayıb və bu, ABŞ-nin maraqlarına zidd addım olub.

Məsələ ilə bağlı çıxışı zamanı Tramp Netanyahunun qərarını kəskin tənqid edərək, “Netanyahu sadəcə məni aldadır və arxamca iş görür” deyə İsrailin baş naziri haqda nalayiq ifadələr işlədib. ABŞ lideri İsrailin bu cür birtərəfli hərbi addımlarının regionda vəziyyəti daha da gərginləşdirəcəyini vurğulayıb. O, həmçinin bildirib ki, müttəfiqlər arasında qarşılıqlı etimadın pozulması Vaşinqtonun Yaxın Şərqdəki strateji mövqeyinə ciddi zərbə vura bilər.

Məlumatlara görə, İsrailin son əməliyyatı Qəzza zolağında HƏMAS-ın bir neçə hərbi liderini hədəfə alıb. Yerli mənbələr bildirir ki, hücum nəticəsində təşkilatın yüksək vəzifəli komandirlərindən bəziləri zərərsizləşdirilib. Bu hadisə ABŞ-İsrail münasibətlərində yeni gərginlik dalğası yaradıb.

Trampın Netanyahunu bu qədər sərt ifadələrlə hədəf alması ekspertlər tərəfindən nadir hal kimi qiymətləndirilir. Analitiklərin fikrincə, belə çıxış ABŞ-ın İsraillə ənənəvi yaxın tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərə və gələcək diplomatik proseslərə kölgə sala bilər.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr