AZ

Bu ölkədə 2 həftəlik NATO təlimləri başlayır

Estoniyada NATO-ya üzv ölkələrin hərbi qulluqçularının iştirakı ilə "Pikne" ("İldırım") təlimləri başlayır.

Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, manevrlərdə ABŞ, Böyük Britaniya, Fransa, Kanada, Latviya və Estoniyanın quru, hava və dəniz bölmələrindən 3000-ə yaxın hərbçi iştirak edəcək.

Məlumata görə, təlimlər 2 həftə davam edəcək. Təlimlər çərçivəsində alyansın müttəfiqlərinin bölmələri potensial münaqişə zonasına sürətli qüvvələrin yerləşdirilməsi və təhdidlərə birgə mübarizə aparacaqlar.

Estoniyanın Müdafiə Nazirliyi qeyd edib ki, təlimlər müdafiə xarakteri daşıyır.

Seçilən
11
11
day.az

10Mənbələr