Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ABŞ-yə rəsmi səfər edib.
News365.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın "Al-Ikhbaria" telekanalı yayıb.
Şibani və onu müşayiət edən nümayəndə heyəti hazırda Vaşinqtondadır.
Bu, Suriya xarici işlər nazirinin 25 ildən artıq müddətdə Vaşinqtona ilk səfəri olacaq.