AZ

Havaların soyuq keçməsinə görə istilik daha tez veriləcək? - RƏSMİ CAVAB

Son günlər paytaxtda və bölgələrdə havaların kəskin soyuması və temperaturun normadan aşağı enməsi əhalidə narahatlıq yaradıb.

İnsanların ən çox verdiyi suallardan biri də budur ki, istilik sistemi əvvəlki illərlə müqayisədə daha tez işə salına bilərmi?

Ənənəvi olaraq ölkədə istilik mövsümü noyabrın 15-dən start götürür. Lakin bu il havaların daha tez soyuması səbəbindən bir çox vətəndaş istilik verilişinin noyabrın əvvəlinə çəkilib-çəkməyəcəyi ilə maraqlanır.

Ümumiyyətlə, istilik mövsümünün əvvəlki illərlə müqayisədə daha erkən başlaması istiqamətində hər hansı yenilik və ya qərar varmı?

"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı Far.Az-in sorğusuna cavab olaraq bildirib ki, mövsümün başlaması və bitməsi Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş istilik enerjisindən istifadə qaydalarında dəqiq yazılıb:

"Noyabrın 1-də respublikanın 14 dağlıq və dağətəyi rayon və şəhərlərində, noyabrın 15-dən isə hər il bütün ölkə üzrə istilik mövsümü başlayır.

Aprelin 15-də bütün ölkə üzrə istilik mövsümü yekunlaşır. Mayın 1-də isə 14 dağlıq və dağətəyi rayon və şəhərdə mövsüm yekunlaşır. Mövsüm vaxtından əvvəl başlaması ilə bağlı hazırda perspektivdə belə bir fikir yoxdur. Çünki mövsümün başlamasına hələ təqribən iki ay vaxt qalıb".

Orxan Hüseyn

Seçilən
16
far.az

1Mənbələr