UFC döyüşçüsü Maykl Çendler uzun müddətdir gündəmdə olan Konor Makqreqor ilə qarşılaşmanın artıq gerçəkləşməyə daha yaxın olduğunu bildirib. Çendler açıqlamasında bu döyüşün yalnız iki idmançı üçün deyil, həm də bütün MMA dünyası üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Zənnimcə bu dəfə Konor ilə döyüşəcəyik. İndiyə qədər heç bu qədər yaxın olmamışıq. Mən həmişə deyirdim ki, onun geri dönəcəyinə bahis etməyin, amma indi vəziyyət tamamilə dəyişib. İçimdən gəlir ki, Ağ Evdə Konor Makqreqor ilə döyüşəcəyəm və bunun bir çox səbəbi var." – deyə Çendler qeyd edib.

Amerikalı döyüşçü, həmçinin, Makqreqora böyük hörmətlə yanaşdığını, iki tərəfin də yarımçıq qalmış hesabları olduğunu bildirib. Çendler UFC tarixinin ən böyük PPV rekorlarını qıran və tamaşaçılara ən böyük şouları təqdim edən Konor Makqreqorun bu tədbir üçün ideal ad olduğunu da əlavə edib.
 

O, sözlərinə belə davam edib:

"Bu idmana gələndə ən böyük döyüşləri, ən parlaq işıqları, ən çox marağı və pulları istəyirsiniz. Konor bütün karyerası boyu bunları etdi. Əgər Makqreqor geri dönəcəksə, Ağ Ev kartı bunun üçün ən uyğun məkan olacaq."

???? Beləliklə, Çendler – Makqreqor döyüşü UFC tarixinin ən maraqla gözlənilən qarşılaşmalarından birinə çevrilə bilər.