AZ

FIFA kompensasiya fondunu artırdı

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

FIFA 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində yeni maliyyə mexanizmi tətbiq edib.

Futbolpress.az adıçəkilən quruma istinadən xəbər verir ki, bu dəfə klublara ayrılacaq kompensasiya fondu 355 milyon dollar təşkil edəcək.

Əsas yenilik ondan ibarətdir ki, artıq klublar təkcə final mərhələsinə görə yox, həm də dünya çempionatının seçmə oyunlarına görə ödəniş alacaqlar. Bu, milli komandalarına futbolçu göndərən bütün klublara şamil olunacaq.

Seçmə mərhələlərdə FIFA-nın tərkibində olan 211 ölkə iştirak edir. Yeganə istisna 2022-ci ildən beynəlxalq yarışlardan kənarlaşdırılan Rusiya və Eritreya yığmalarıdır.

Qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında klublara ümumilikdə 209 milyon dollar ödənilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
futbolpress.az

1Mənbələr