AZ

HƏMAS-dan İsrailə: Onların nə dirisini, nə ölüsünü görəcəksiniz!

 

İsrailin Qəzzada əməliyyatları genişləndirməsinə cavab olaraq, HƏMAS israilli girovları geri qaytarmaqdan imtina edəcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qasım Briqadasının məlumatında deyilir.

“Sizin girovlarınız müxtəlif rayonlardadır və nə qədər ki, Netanyahu onların hamısını öldürmək qərarına gəlib, o zaman biz də onları qorumağa çalışmayacağıq. Qəzzada əməliyyatın başlaması və genişlənməsi o deməkdir ki, siz onları nə diri, nə də ölü olaraq alacaqsınız. Onların hamısını Ron Aradın (37 il əvvəl itkin düşən israilli pilot) taleyi gözləyir”, - deyə bildirilib.

 

Seçilən
9
4
sitat.info

5Mənbələr