"Formula-1" dünyanın diqqətini Azərbaycana cəlb edib.
İdman.biz bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon "Formula-1" tədbiri ilə bağlı danışarkən deyib.
Səfir qeyd edib ki, belə beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi həm turizm, həm də iqtisadi inkişaf baxımından böyük əhəmiyyət daşıyır: “Bu yarış Azərbaycanın beynəlxalq arenada imicini gücləndirir və idman sahəsində yeni imkanlar yaradır. Formula 1-in gənc nəsil üçün ilham mənbəyi olduğunu da qeyd etmək lazımdır”.
Julyen de Frepon həmçinin tədbirin təşkilatçılıq səviyyəsindən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.
İdman.biz