AZ

"Amma sən şəkillərdə daha gözəl idin. Mənim sevgim bitdi" - FOTO

"Amma sən şəkillərdə daha gözəl idin. Mənim sevgim bitdi" - FOTOTürkiyəli məşhur aktrisa Burcu Özberk itiylə birlikdə sakit bir gəzintiyə çıxarkən, gözlənilmədən sosial şəbəkənin gündəminə düşüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, gəzinti zamanı gənc bir pərəstişkarı ilə qarşılaşan aktrisa, onun fotoşəkil istəyini geri çevirməyib. Ancaq həmin görüntü, sosial mediada mübahisələrin mərkəzinə çevrilib.

Pərəstişkar öz hesabında çəkilən fotonu paylaşaraq, altına belə bir qeyd yazıb: "Amma sən şəkillərdə daha gözəl idin. Mənim sevgim bitdi." Bu ifadə qısa müddətdə sürətlə yayılıb və çoxsaylı rəylərə səbəb olub.

İstifadəçilərin böyük qismi həmin şərhi hörmətsizlik kimi dəyərləndirib. Sosial mediada "İnsan sevdiyi şəxsi bu cür kiçildə bilməz" və "Burcu Özberkin heç bir günahı yoxdur, şərh edən haqsızdır" kimi rəylər diqqət çəkib.

Beləliklə, Burcu Özberk heç bir şəkildə qarışmadığı bir paylaşım səbəbilə sosial şəbəkənin gündəminə çevrilib.
"Amma sən şəkillərdə daha gözəl idin. Mənim sevgim bitdi" - FOTO

Seçilən
17
sonxeber.az

1Mənbələr