AZ

Şəmkirdə yol qəzası baş verdi - Ata və oğlu xəsarət aldı

Şəmkirdə yük avtomobilinin digər maşınla toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, "Qazel" markalı yük maşınının minik avtomobili ilə toqquşması zamanı 1985-ci il təvəllüdlü Hüseyn Namazov və onun oğlu 2009-cu il təvəllüdlü Nəbi Namazov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb

Seçilən
48
2
news24.az

3Mənbələr