AZ

Tramp Starmerə Birləşmiş Krallıq sərhədlərini qorumaq üçün orduya müraciət olunmasını tövsiyə edib

London, 18 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Britaniyanın Baş naziri Kir Starmer ilə keçirilən mətbuat konfransında sərhəd nəzarəti məsələsinə toxunub. AZƏRTAC xəbər verir ki,o, ABŞ-a milyonlarla insanın nəzarətsiz daxil olduğunu deyib və bunun ölkələri daxildən zəiflətməyə qadir olduğunu bildirib.

Böyük Britaniya barədə danışarkən isə ABŞ Prezidenti qeyd edib ki, Starmerlə görüşündə ona Britaniyada bu prosesi dayandırmaq üçün hansı vasitədən istifadə edilməsinin fərqi olmadığını, istəsə ordu da cəlb oluna biləcəyini deyib.

 

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
11
1
azertag.az

2Mənbələr