AZ

Bakıda direktorun səs yazısı yayıldı: Pul almışam, yaxşı eləmişəm

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb.

Sözügedən səs yazısında onun "mən də burada qulam, pul almışam, yaxşı eləmişəm" kimi ifadələri eşidilir.

Bununla yanaşı, iddialara görə, məktəbdə attestat qiymətlərinin dəyişdirilməsi, yəni jurnalda yazılan qiymətlərlə sənəddə göstərilən qiymətlərin fərqli olması halları da var.

Məktəbin direktoru iddialarla bağlı Baku TV-yə açıqlamasında özünə bəraət qazandıraraq valideynlərin şikayətini əsaslı hesab etmədiyini bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Bakıda direktorun səs yazısı yayıldı: "Pul almışam, yaxşı eləmişəm"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
30
oxu.az

10Mənbələr