Ajans.az xəbər verir ki, bu barədə Litvanın Milli Elektrik Şəbəkəsinin operatoru "Litgrid" məlumat yayıb. Məlumata görə, söküntü işlərinə bu ilin fevralında – Baltikyanı ölkələrin Avropa elektrik şəbəkəsinə qoşulmasından dərhal sonra başlanılıb. Bununla da Litva, Rusiya və Belarus enerji sistemləri ilə 65 ildən artıq davam edən əməkdaşlığa son qoyub.

Şirkət həmçinin qeyd edib ki, Belarus ilə elektrik xətlərinin sökülməsi 2027-ci ilə qədər başa çatdırılacaq.