AZ

Voleybol üzrə dünya çempionatında 1/8 finalçılar müəyyənləşib

Filippində keçirilən kişi voleybolçular arasında dünya çempionatının qrup mərhələsinin oyunlarına yekun vurulub.

İdman.biz bildirir ki, qarşılaşmaların nəticələrinə görə turnirin pley-off mərhələsinin bütün iştirakçıları müəyyən edilib.

1/8 final mərhələsinin cütlüklərini təqdim edirik:

Voleybol üzrə Dünya Çempionatı. Filippin. Kişilər. 1/8 final.

Tunis - Çexiya
Serbiya - İran
ABŞ - Sloveniya
Bolqarıstan - Portuqaliya
Polşa - Kanada
Türkiyə - Niderland
Argentina - İtaliya
Belçika - Finlandiyaya

İlk pley-off oyunları sentyabrın 20-nə planlaşdırılıb. İlk 1/4 final iştirakçıları Türkiyə - Niderland və Polşa - Kanada matçlarında müəyyənləşəcək.

Sentyabrın 12-dən 28-dək Filippində kişilər arasında voleybol üzrə dünya çempionatı keçirilir. Hazırkı çempion İtaliya komandasıdır.

İdman.biz

Seçilən
12
idman.biz

1Mənbələr