Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azadedilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin olmasıistiqamətində qarşıda duran vəzifələrlə bağlı işəgötürənlərlənövbəti görüş keçirilib.
Bu barədə Trend-ə Nazirlikdənməlumat verilib.
Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi,Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərbaycan HavaYolları” QSC, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC,SOCAR, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Ağdam, Füzuli və Xocavəndrayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlıvə Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçınrayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində,Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətivə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətininnümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini VüsalNəsirli Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində işğaldanazad edilmiş ərazilərimizdə icra olunan məşğulluq proqramlarınınmütəmadi olaraq genişləndirildiyini, bu tədbirlərin təşkilindəişəgötürənlərlə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətəçatdırıb.
Həmin ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulanvətəndaşların məşğulluğunun təmin olunması üçün işəgötürənlərləbirgə görülən işlərin nəticələri, qarşıda duran vəzifələr müzakirəolunub.