Bildirilir ki, görüşdə İsrailin Fələstinə qarşı hücumları və regional məsələlərin müzakirə olunub. Ərdoğan qeyd edib ki, İsrailin Qəzzada həyata keçirdiyi hücumlar soyqırımın yeni mərhələsi olmaqla yanaşı, təkcə Fələstini deyil, bütün bölgənin sabitliyini təhdid edir. Onun sözlərinə görə, Qətərə qarşı son hücum da bu təhdidin bariz nümunəsidir. Türkiyə Prezidenti vurğulayıb ki, İsrailin siyasətini tənqid edən lider və ictimai xadimlərin sayı artır və beynəlxalq təzyiqlərin gücləndirilməsi istiqamətində səylər davam etdirilir. O bildirib ki, Türkiyə bütün platformalarda Fələstin məsələsini gündəmə gətirməkdə və İsrailin təcavüzkar siyasətini ifşa etməkdə davam edəcək. Ərdoğan əlavə edib ki, Türkiyənin əsas prioriteti Qəzzada təcili atəşkəsin təmin olunması və bölgədə baş verən humanitar böhranın dayandırılmasıdır. O, İsrailin barış prosesini pozan mövqeyini hər fürsətdə açıqladıqlarını və Türkiyənin BMT Baş Assambleyasında Fələstinin səsini yüksəltməyə davam edəcəyini vurğulayıb. Türkiyə lideri həmçinin İslam dünyasını İsrail təhdidinə qarşı daha sıx birliyə və həmrəyliyə çağırıb. Onun sözlərinə görə, Fələstində siyasi birliyin bərqərar olunması bu istiqamətdəki səyləri gücləndirəcək və Türkiyə də bu təşəbbüslərə dəstək verməyi davam etdirəcək.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edir.