AZ

Körpə narkotik istifadəçilərinin arasında böyüyürVİDEO

Narkotik istifadəçilərinin arasında 10 aylıq körpə də böyüdülür.

Onun anası 4, dayısı isə 7 ildir ki, narkomaniyanın qurbanıdır.

Xezerxeber.az-ın məlumatına görə, 24 yaşlı Aytən adlı xanım sosial şəbəkədə canlı açaraq özünün və 22 yaşlı qardaşının sağalaması üçün kömək istəyib. Övladının isə müalicə müddətində sığınacağa yerləşdirilməsini təklif edib.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, ana sağalmasa, uşağın belə mühitdə böyüməsi daha ağır fəsadlara gətirib çıxara bilər.

Mehriban Zeynalova hesab edir ki, müalicə bitsə də, uşaq anaya verildikdən sonra aidiyyəti qurumlar tərəfindən mütəmadi yoxlamalar aparılmalıdır. 

Həmin şəxslərin müraciətini ictimaiyyətə yayan videobloger Nail Kəmərli "Xəzər Xəbər"ə bildirdi ki, aidyyəti üzrə qurumlara müraciət edilib.

Uşağın səhhəti yoxlanacaq və ananın müalicəsi müddətində o, sığınacaqda olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
54
xezerxeber.az

1Mənbələr