AZ

Arda Gülər üçün 150 milyon – "Real Madrid" "yox" dedi

"Real Madrid"in prezidenti Florentino Peres Arda Gülər üçün gələn nəhəng transfer təklifini qəti şəkildə geri çevirib.

Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının aparıcı klublarından biri gənc ulduza görə 150 milyon avro ödəməyə hazır idi.

Lakin "Real Madrid" bu təklifi qəbul etməyib. Klubun adı açıqlanmasa da, İspaniya mətbuatı bunun İngiltərənin ən güclü klublarından biri olduğunu bildirir.

Bu barədə məlumatı "Defensa Central" yayıb.

Peresin mövqeyinə əsasən, “Kral klubu” Arda Güləri uzunmüddətli layihənin vacib hissəsi hesab edir və yaxın illərdə ondan imtina etməyi düşünmür.

Kamil Xudiyev

Seçilən
24
fanat.az

1Mənbələr