AZ

Oturaq həyat tərzinin təhlükələri nələrdir?

Müasir insanların çoxu gündəlik həyatın böyük hissəsini oturaraq keçirir. Lakin oturaq həyat tərzi yalnız bel və boyun ağrılarına səbəb olmur, həm də ürək-damar, metabolik və psixoloji problemlərin artmasına gətirib çıxarır.

Hakimiyyet.az xəbər verir ki, uzun müddət oturmaq qan dövranını ləngidir, hipertoniya və ateroskleroz riskini artırır.

Fiziki aktivliyin azalması kalorilərin düzgün istifadə olunmamasına səbəb olur. Bel, boyun və onurğa sütunu ağrıları, əzələlərin zəifləməsi müşahidə olunur. Bundan əlavə, qan durğunluğu tromb yaranma ehtimalını yüksəldir. Şəkərli diabet riski artır, depressiya və enerji səviyyəsi pisləşir.

Ona görə də hər 1–2 saata bir qalxıb 5–10 dəqiqə hərəkət etmək lazımdır. Gündə ən azı 30 dəqiqə yüngül məşq və ya gəzinti etmək, iş masası və oturacağınızı düzgün tənzimləmək, əzələləri gücləndirən məşqləri etmək tövsiyə olunur.

Həmidə İbrahimova

Seçilən
3
3
hakimiyyet.az

4Mənbələr