"Benfika" klubuna baş məşqçi keçən Joze Mourinyo nəhayət ki, sükutu pozub.
Offsideplus.az xəbər verir ki, o, eks və hazırkı komandaları haqqında danışıb.
Joze sabiq klubundan danışaraq - "Fənərbağça"ya keçmək mənim üçün bir səhv idi, lakin son günə qədər əlimdən gələni etdim." - deyə qeyd edib.
O, daha sonra "Fənərbağça" ilə bağlı - "Fənərbağça"da hər şey asan idi. Dördlü müdafiə oynamaq istəyirdim, amma mən gedəndən sonra transferlər edildi. "Benfika"nın heyətini təriflədim və yenə də edəcəyəm. "Benfika" transfer pəncərəsi zamanı əla iş gördü. Mən fair-play üçün yaxşı nümunə deyiləm, amma əvvəlkindən daha yaxşıyam. Bruno Lajini təbrik etmək mənim üçün çətin idi. Bu komanda yaxşı oyunçularla və yaxşı baş məşqçi ilə çalışırdı, amma həyat bu cürdür" - deyə sözlərinə davam edib.
O, həmçinin, "Benfika"ya keçməklə öz səviyyəsinə qayıtdığını bildirib: "Benfika"ya keçmək öz səviyyəmə qayıtmaq deməkdir"
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta