AZ

Fransalı deputatlara 600 prezervativ göndərdi

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fransada bir kişi parlament üzvlərinin mövqeyindən narazılığını qeyri-adi şəkildə bildirmək qərarına gəlib.

Fransanın Lodev şəhərinin (Ero departamenti) Pyero Le Ziqo ləqəbi ilə tanınan sakini Pyer Qiro Milli Assambleya üzvlərinə 600 prezervativ göndərib. 

Lent.az-ın xarici KİV-ə istinadla məluamtına görə, o, bunu "onların çoxalmasının qarşısını almaq" və mövcud siyasətin vəziyyətinə qəzəbini ifadə etmək məqsədi daşıyan simvolik bir jest kimi qiymətləndirib.

Qiro yerli mediaya açıqlamasında bütün partiyalardan olan siyasətçilərin davranışından bezdiyini deyib. O, parlamentdə eşidilən davamlı təhqirləri, qalmaqalları, populist bəyanatları pisləyib və “təkcə məzmunun deyil, həm də formanın vacib olduğunu” vurğulayıb.

Müsahibədə o, yolverilməz hesab etdiyi ifadələrdən misal gətirib, qətllərdə polisi günahlandırmaqdan tutmuş, etnik qruplar haqqında stereotiplərə, iqlim dəyişikliyi və qidalanma ilə bağlı absurd bəyanatlara qədər. O bildirib ki, Milli Assambleyada ictimai müzakirələrin səviyyəsi "fəlakətli şəkildə aşağı düşüb" və "seçicilərə layiq deyil".

Pyer Qiro qeyri-adi hərəkətləri ilə tanınır. 2019-cu ildə o, həbsdə olan Levallua-Perrenin keçmiş meri Patrik Balkaniyə Daltonların təsviri olan pijamaları, Vəhşi Qərb komikslərinin personajlarını göndərib. O, əvvəllər də komediyaçı Koluuşun adını daşıyan satirik hərəkat olan "Koluşistlər"in üzvü kimi Lodève parlament seçkilərində iştirak etməyə cəhd edib.

Fəal eyni zamanda vurğulayır ki, onun bu hərəkəti bütün parlamentarilərə qarşı yönəlməyib, siyasi mədəniyyətin aşağı düşməsinə, deputatların işinin keyfiyyətinə diqqət çəkmək üçün bir üsuldur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
lent.az

1Mənbələr