AZ

“Bavariya”nın tarixinə düşdü

Manuel Noyer “Bavariya”nın tarixində rekord göstərici müəyyən edib.

“Bavariya”nın kapitanı Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunun “Çelsi” ilə oyununda iştirak etməklə Münhen təmsilçisinin turnirdə meydana çıxan ən yaşlı oyunçusu olub. 39 yaş 174 günlüyündə olan qapıçı Lotar Matteusun rekordunu yeniləyib. Belə ki, Matteus 2000-ci il martın 8-də 38 yaş 353 günlüyündə olarkən “Real”a qarşı oynamışdı.

Noyer “Bavariya”nın formasını 2011-ci ildən geyir.

Seçilən
7
1
football-plus.az

2Mənbələr