Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı davam edir. 

Offsideplus.az xəbər verir ki, yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq.) yarımfinalda Pouya Ahmadi ilə güləşib. 

Rəqibinə 1-3 hesabla məğlub olan Eldəniz bununla da finala yüksələ bilməyib və təsəlliverici görüş üçün mübarizə aparacaq.