Bakı. Trend:
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasıtəlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Trend xəbər verir ki, U-15Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarətkomandası ilə növbəti dəfə qarşılaşıb.
Binə stadionunda təşkil olunan görüş Aqil Nəbiyevinyetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızınheyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədəXəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.
Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilən ilkyoxlama oyunu 0:0 hesablı heç-heçə nəticələnib.