AZ

Aeroportda yaradılan monopoliyanın adı – “rəqabət” » AzadMedia.az



Bakının qapısı sayılan Heydər Əliyev Beynəlxalq Aeroportunda "Bakı Taksi Xidməti”nin hökmranlığa start verib. Bu hökmranlıq indi artıq açıq şəkildə rəsmiləşib – digər şirkətlərin taksiləri əraziyə buraxılmır, sərnişin yalnız dövlətə məxsus taksi ilə şəhərə gələ bilər. Beləliklə, ölkənin ən böyük hava limanı faktiki olaraq bir şirkətin inhisarına verilib.

İqtisadi məntiqlə yanaşsaq, bu, açıq-aşkar monopoliya siyasətidir. Halbuki rəqabət mühiti sərnişinin həm qiymət, həm də xidmət baxımından seçim imkanını genişləndirməli idi. Bu gün isə biz əksini görürük – seçim yox, məcburiyyət var.

AYNA-nın açıqlaması

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) rəsmi açıqlamasında belə deyir:

> “Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır.”



Sanki AYNA-nın “rəqabət şəraiti” anlayışı ilə bizim gördüyümüz reallıq arasında yerlə-göy qədər fərq var. Əgər bütün digər şirkətlər aeroportdan kənarlaşdırılıbsa, “rəqabət” hardadır? Bəlkə də rəqabət yalnız kağız üzərindədir.

İkrah doğuran mənzərə

Əslində, dövlət qurumunun belə bəyanatı cəmiyyətdə ikrah doğurur. Çünki insanlar gözlərinin qarşısında baş verən monopoliyanı görür, amma qurum onu “rəqabət” kimi təqdim edir. Bu, vətəndaşların intellektinə hörmətsizlikdir.

Aeroport kimi strateji əhəmiyyətli ərazidə inhisar yaratmaq təkcə bazar iqtisadiyyatının prinsiplərinə yox, həm də sağlam məntiqə ziddir. Nəticədə sərnişin daha baha qiymətə, bəzən isə daha aşağı xidmət keyfiyyətinə məhkum olur.

Seçilən
1
1
azadmedia.az

2Mənbələr