Bu gün I Liqada 2-ci turun oyunları baş tutub.
Operativ Media xəbər verir ki, “Səbail” PFK Ağsu səfərində “Difai”dən 2:1 hesabı ilə üstün olub. "Dənizçilər"in qollarını Zahir Mirzəzadə və Kamran Quliyev vurub.
Qeyd edək ki, “Səbail” PFK növbəti turda doğma meydanda “Şahdağ Qusar”ı qəbul edəcək. Həmin qarşılaşma sentyabrın 24-ü, saat 18:00-da baş tutacaq.
I Liqa, 2-ci tur
“Difai” - “Səbail” 1:2
Qollar: Zahir Mirzəzadə, 73; Kamran Quliyev, 90+6.