AZ

Səfir: Belçika Aİ nin Azərbaycanla bağlı gündəliyini tam dəstəkləyir

Missiya.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Belçika şirkətləri Avropa İttifaqı və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsində iştirak etməyə hazırdır.

Missiya.Az "APA"ya istinadən xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon açıqlamasında deyib.

“Belçika Avropa İttifaqının Azərbaycanla bağlı gündəliyini tam dəstəkləyir. Bu gün xanım komissar da regionlarımız arasında konnektivliyi gücləndirmək üçün görüşlər keçirdi. Belçika da bu mövzuda tamamilə Avropa İttifaqını dəstəkləyir. Biz müxtəlif sektorlarda yararlı fürsətlər görürük. Bura energetika, logistika, infrastruktur, nəqliyyat və başqa sahələr daxildir ki, Belçika şirkətləri bu fürsətlərdən istifadə olunmasına töhfə verməyə hazırdır”, - Belçika səfiri qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
3
missiya.az

4Mənbələr