AZ

S.ƏRƏBİSTANI-PAKİSTAN ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR » AzadMedia.az

S.ƏRƏBİSTANI-PAKİSTAN

Səudiyyə Ərəbistanı və nüvə silahına malik Pakistan qarşılıqlı müdafiə paktı imzalayıb. Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif sənədi imzalayıb.Sazişə əsasən, hər iki ölkəyə edilən istənilən hücum hər ikisinə qarşı hücum kimi qəbul ediləcək. Bu addım İsrailin bu ayın əvvəlində Qətərə zərbə endirməsindən sonra atılıb.

Hər iki ölkənin rəsmi açıqlamalarına görə, sazişdə “hər hansı birinə qarşı təcavüz hər ikisinə qarşı təcavüz sayılacaq” ifadəsi yer alıb. Bildirilir ki, bu razılaşma iki ölkə arasında müdafiə əməkdaşlığını inkişaf etdirmək və hər hansı təcavüzə qarşı birgə çəkindirmə gücünü möhkəmləndirmək məqsədi daşıyır

Krallığın Pakistanla uzunmüddətli iqtisadi, dini və təhlükəsizlik əlaqələri mövcuddur. İddialara görə, Səudiyyə Ərəbistanı İslamabadın nüvə silahı proqramının inkişafında maliyyə dəstəyi də göstərib. Analitiklər və bəzi pakistanlı diplomatlar illərdir bildirirlər ki, Səudiyyə ərəbistanının təhlükəsizliyi İslamabadın nüvə “çətiri” altında təmin oluna bilər.

Bu paketin vaxtı isə İsrailə mesaj kimi qiymətləndirilir. İsrail sözügedən müdafiə sazişinə dərhal reaksiya verməyib. Eyni zamanda, Körfəz ölkələrinin əsas təhlükəsizlik təminatçısı olan ABŞ da hələlik bu barədə açıqlama yaymayıb.Xatırladaq ki, Yaxın Şərqdə yeganə nüvə silahına malik dövlət kimi tanınan İsrail 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İrana, Livana, Fələstin ərazilərinə, Qətərə, Suriyaya və Yəmənə qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirir.

Seçilən
9
26
azadmedia.az

10Mənbələr