AZ

LİVİYA YAXINLIĞINDA 35 MİQRANT XİLAS EDİLİB » AzadMedia.az

LİVİYA

Liviya Zuvara Dəniz Əməliyyatları Qüvvəsi açıqlayıb ki, Tunis sərhədi yaxınlığında həyata keçirilən xilasetmə əməliyyatı zamanı 35 miqrantı xilas ediLİB. Qurum xilas edilənlərin qayıqlarda görüntülərini və daha sonra quruda tibbi yardım aldıqlarını əks etdirən kadrlar yayıb.

Qərbdəki Zuvara şəhərində yerləşən, Tripoli mərkəzli hökumətin nəzarətində olan dəniz hakimiyyətinin məlumatına görə, sağ qalanların arasında beş qadın və bir uşaq da var.

Qeyd edək ki, Liviya uzun illərdir Afrikadan və Yaxın Şərqdən müharibə və yoxsulluqdan qaçan miqrantlar üçün əsas tranzit məntəqəsinə çevrilib.
Bu arada Sudan qaçqınlarını daşıyan və yanaraq batmış qayığın Liviyanın sahillərində azı 50 nəfərin ölümünə səbəb olduğu açıqlanıb. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Beynəlxalq Miqrasiya Təşkilatının İtkin Miqrantlar Layihəsinə görə, son səkkiz ayda Liviyanın açıq sularında azı 434 miqrantın öldüyü, 611 nəfərin isə itkin düşdüyü bildirilib.

Seçilən
12
1
azadmedia.az

2Mənbələr