AZ

Səfir: Belçika Aİ-nin Azərbaycanla bağlı gündəliyini tam dəstəkləyir

Belçika şirkətləri Avropa İttifaqı və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsində iştirak etməyə hazırdır.

Bunu Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon APA-ya açıqlamasında bildirib.

“Belçika Avropa İttifaqının Azərbaycanla bağlı gündəliyini tam dəstəkləyir. Bu gün xanım komissar da regionlarımız arasında konnektivliyi gücləndirmək üçün görüşlər keçirdi. Belçika da bu mövzuda tamamilə Avropa İttifaqını dəstəkləyir. Biz müxtəlif sektorlarda yararlı fürsətlər görürük. Bura energetika, logistika, infrastruktur, nəqliyyat və başqa sahələr daxildir ki, Belçika şirkətləri bu fürsətlərdən istifadə olunmasına töhfə verməyə hazırdır”,- Belçika səfiri qeyd edib.

Seçilən
5
3
apa.az

4Mənbələr