Bişkek. Trend:
Cari ilin ilk 6 ayı ərzində Gürcüstandan Azərbaycana birbaşaxarici investisiyaların həcmi 69,1 milyon ABŞ dolları təşkiledib.
Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 41,5milyon dollar və ya 2,5 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Gürcüstandan olan investisiyaların payı 2,1 faiz təşkiledib.
Azərbaycan isə öz növbəsində, cari ilin ilk 6 ayı ərzindəGürcüstan iqtisadiyyatına 77,1 milyon dollar sərmaye qoyub ki, buötən ilin eyni dövrü ilə müqayisədə 12,2 milyon dollar və ya 18,8faiz çoxdur.
Azərbaycan investisiyasının Gürcüstanın birbaşa xariciinvestisiyalarının ümumi həcmindəki xüsusi payı 5,7 faizəbərabərdir. Beləcə, Gürcüstan Azərbaycanın ən çox sərmaye qoyduğuölkələr sırasında beşinci yerdə qərarlaşıb.
2024-cü ilin ilk yarım ili ərzində Gürcüstandan Azərbaycanabirbaşa xarici investisiyaların ümumi həcmi 27,6 milyon dollar,Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 64,9 milyon dollartəşkil edib.