AZ

KİV: Suriya və İsrail il sonuna kimi təhlükəsizlik razılaşması imzalayabilər

Suriya ilin sonuna kimi İsraillə təhlükəsizlik və hərbi razılaşmalar əldə edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə suriyalı anonim rəsmi “AFP” ə məlumat verib.

“İsraillə danışıqlarda irəliləyiş var. İlin sonuna qədər hərbi və təhlükəsizlik sahələrində razılaşmaların imzalanacağı gözlənilir. Biz İsrailin Suriyada hərbi əməliyyatlarını dayandırması barədə razılaşma əldə etmək istəyirik”,- suriyalı rəsmi bildirib.

Qeyd edək ki, Suriya prezidenti Əhməd əl -Şara dünənki açıqlamalarında, İsrail-Suriya danışıqlarının növbəti günlərdə nəticə verə biləcəyini deyib.

Seçilən
15
6
redaktor.az

7Mənbələr